Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

A- A A+

Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyanın Bonndakı baş konsulluğunu bağlamaq qərarına gəlib.

NUHÇIXAN Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Aleksander Dobrindt və xarici işlər naziri Yohan Vadeful birgə mətbuat konfransında bildiriblər.

Y.Vadefulun sözlərinə görə, Rusiyanın Bonndakı baş konsulluğu sentyabrın 18-də fəaliyyətini dayandıracaq.

Baş konsulluğun bağlanması ilə yanaşı, Almaniya hökuməti Berlindəki Rus Evinin fəaliyyəti haqqında sazişi pozmaq, Rusiya vətəndaşlarının ölkəyə girişi zamanı nəzarəti sərtləşdirmək və "kölgə donanması"na təzyiqi artırmaq niyyətindədir.

Berlin həmçinin Avropa İttifaqında bir sıra Rusiya nümayəndələrinə qarşı əlavə sanksiyaların tətbiqini istəyir.

A.Dobrindt qeyd edib ki, polis araşdırmasının nəticələri, hadisənin xarakteri və xüsusi xidmət orqanlarının məlumatları birlikdə Almaniya tərəfinin qiymətləndirməsinə əsasən, Leypsiq/Halle hava limanında partlayıcı maddə ilə təchiz olunmuş drondan istifadə edilməklə hücum cəhdinə görə Rusiyanın məsuliyyət daşıdığını göstərir.

Xatırladaq ki, Leypsiq/Halle hava limanında zərbə dronu Ukraynaya məxsus yük təyyarəsinə çırpılıb, lakin partlayış baş verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: