Tramp G20-nin maliyyə nazirlərinin görüşünü pozitiv adlandırıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp G20 maliyyə nazirlərinin Eşvil (Şimali Karolina ştatı-red) şəhərində keçirilən görüşünü məhsuldar və pozitiv adlandırıb.

NUHÇIXAN-ın məlumatına görə, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu gün Eşvil şəhərində keçirilən G20-nin maliyyə nazirlərinin görüşündə çox məhsuldar və müsbət məsləhətləşmələr aparılıb", - Tramp yazıb.

ABŞ Prezidentinin fikrincə, Amerika iqtisadiyyatı ən böyük və ən yaxşıdır. O, hesab edir ki, digər ölkələr də ABŞ-nin nümunəsini izləməkdən, o cümlədən vergilərin azaldılmasından, qaydaların yumşaldılmasından və neft hasilatının artırılmasından faydalanacaqlar.

G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü 31 avqust - 1 sentyabrda baş tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: