Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar

A- A A+

Avropa Kosmik Agentliyi (ESA) və ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) astronavtları Sofi Adeno və Cessika Meir Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmosa çıxıblar.

NUHÇIXAN-ın məlumatına görə, tədbir NASA-nın veb saytında canlı yayımlanıb.

Altı saat qırx doqquz dəqiqə davam edən missiya zamanı Adeno və Meir kosmik gəminin yerləşdirilməsi üçün istifadə olunan naviqasiya sistemini dəyişdirib və alfa maqnit spektrometrini texniki xidmətə hazırlayıblar.

Kosmosa çıxış Adeno üçün üçüncü, Meirin isə yeddinci olub. O, bu kateqoriyada NASA-nın qadın astronavtları arasında üçüncü yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: