Ermənistan regionda mövcud münaqişədən sonrakı vəziyyətdən bir çox fayda götürə bilər.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Şanxay əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən və xarici liderlərlə bir sıra görüşlərdən sonra keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistanın hazırkı rəhbərliyinin bu qərarında (Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması - red.) müsbət cəhətlər də ola bilər, çünki bu vəziyyət səhifəni çevirməyə və heç bir münaqişə olmadan daha da irəli getməyə imkan verir. İnfrastrukturun kilidini açmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiya üçün sərhədləri açmaq və s. Əslində üstünlüklər çoxdur", - o deyib.
