Avqustun 30-da Şimali Kipr Türk Respublikasının Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman deyib.
Xatırladaq ki, sərnişin gəmisi Girnə limanından Türkiyənin Mersin vilayətinin Taşucu limanına getmək üçün yola çıxıb. Batan gəmidəki 267 sərnişindən itkin düşən 18 nəfərin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
