Muxtar Tleuberdi yenidən Qazaxıstan XİN-in rəhbəri təyin edilib

A- A A+

Muxtar Tleuberdi yenidən Qazaxıstanın xarici işlər naziri təyin edilib.

NUHÇIXAN Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

M.Tleuberdi əvvəl tutduğu vəzifədən azad edilib.

Bundan öncə Qazaxıstanın xarici işlər naziri vəzifəsini Yermek Koşerbayev tuturdu.

Muxtar Tleuberdi ilk dəfə 2019-cu ilin sentyabrında Qazaxıstanın xarici işlər naziri təyin edilib. 2021-ci ilin yanvarından 2023-cü ilin aprelinədək o, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsini tutub. 2023-cü ildə isə Qazaxıstanın Avstriyadakı səfiri təyin edilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: