Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib

A- A A+

Son 7 ayda Gürcüstanla əməkdaşlıq çərçivəsində 866 cinayətkarın Türkiyəyə ekstradisiyası və onların ölkədən deportasiyası həyata keçirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

Qeyd edilib ki, Gürcüstanın aidiyyəti qurumları ilə Türkiyə polisi arasında keçirilən birgə əməliyyat nəticəsində “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan 22 nəfər saxlanılıb. Onlardan 11-i Gürcüstan hakimiyyət orqanları tərəfindən Türkiyəyə təhvil verilib.

Digər 11 nəfər isə Gürcüstanda törətdikləri cinayətlərə görə hazırda həbsdədir. Onlar cəzalarını çəkdikdən sonra Türkiyəyə təhvil veriləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: