Fon der Lyayen: Ukrayna “Patriot” sistemlərini almaq üçün Aİ-dən maliyyə dəstəyi istəyib

A- A A+

Ukrayna Avropa Komissiyasına ümumi məbləği 90 milyard avro olan kreditdən “Patriot” raketlərinin alınması üçün bir neçə milyard avronun istifadəsinə dair sorğu göndərib.

NUHÇIXAN xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen sentyabrın 2-də NATO-nun Baş katibi Mark Rütte ilə görüşdən əvvəl bildirib.

Avropa Komissiyasının Prezidenti bildirib ki, Avropa İttifaqı (Aİ) Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinə raketlərin alınmasını maliyyələşdirməyə hazırlaşır.

“Bu gün ödənişlə bağlı yeni sorğu aldığımızı təsdiqləyə bilərəm. Onun məbləği bir neçə milyard avrodur və Ukraynanın hava hücumundan müdafiəsi, o cümlədən yüksək effektiv “Patriot” hava hücumundan müdafiə sistemləri ilə bağlı xərcləri qarşılamalıdır”, – deyə Fon der Lyayen bildirib.

O qeyd edib ki, üzv ölkələr hazırda Ukraynanın sorğusuna baxırlar.

Avropa Komissiyasının Prezidenti Aİ-nin Ukrayna ilə birlikdə özünün ballistik raketlərdən müdafiə sistemlərinin yaradılmasını nəzərdə tutan “Freya” layihəsi üzərində işlədiyini də xatırladıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: