Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə və İstanbul yaxınlığında dronların zərərsizləşdirildiyini açıqlayıb
Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə, o cümlədən İstanbul yaxınlığında pilotsuz uçuş aparatlarının və dəniz dronlarının aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, nazirliyin məlumatına görə, Qara dəniz Ereğlisi, Sakarya-Karasu, Karaburun burnu, Bosforun girişindəki Türkəli lövbər dayanacağı və İstanbulun Çatalca rayonunda xüsusi təyinatlı qruplar dənizin səthində şübhəli obyektləri zərərsizləşdiriblər.
Həmin obyektlərin pilotsuz uçuş aparatları və ya kamikadze dəniz dronları olduğu ehtimal edilir.
Nazirlik qeyd edib ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri və dəniz aviasiyası mina təhlükəsinə qarşı Qara dənizin sularında sutka ərzində kəşfiyyat aparır.
