Moskva istiqamətində uçan 10 PUA zərərsizləşdirilib

A- A A+

Moskva istiqamətində uçan 10 pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “MAX” sosial şəbəkəsindəki kanalında bildirib.

“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 10 PUA-nı məhv edib. Təcili xidmətlərin əməkdaşları PUA qalıqlarının düşdüyü ərazilərdə işləyirlər”, - deyə mer diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: