İspaniyanın Seuta anklavında miqrasiya böhranına etiraz olaraq minlərlə insan küçələrə çıxıb - FOTOLAR

A- A A+

İspaniyanın Şimali Afrikadakı Seuta anklavında minlərlə sakin hökumətin miqrasiya böhranını idarə etməsinə etiraz olaraq küçələrə çıxıb.

NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, etiraz aksiyası iyul ayında Mərakeşdən Seutaya kütləvi miqrant axını zamanı baş verən hadisələrdən sonra keçirilib. Aksiyada İspaniya bayraqları qaldırılıb, iştirakçılar hökumətin istefasını tələb edib və miqrantların ölkələrinə qaytarılmasına çağırıblar.

Seuta hakimiyyətinin məlumatına görə, hadisələrdən təxminən beş həftə sonra 10 mindən çox miqrant, o cümlədən müşayiətsiz yetkinlik yaşına çatmayanlar, anklavda müvəqqəti düşərgələrdə, küçə və çimərliklərdə qalmaqda davam edir.

Miqrasiya böhranı fonunda yerli sakinlərin hökumətə qarşı etirazları demək olar ki, hər gün keçirilir. Etirazçılar miqrantların mənşə ölkələrinə qaytarılmasını və ya İspaniyanın digər bölgələri arasında bölüşdürülməsini tələb edirlər.

Bununla yanaşı, İspaniyanın Madrid, Barselona və Bilbao şəhərlərində də nümayişlər keçirilib. Solçu təşkilatlar və həmkarlar ittifaqları isə Seutada miqrantlara qarşı irqçi, islamofob təqiblərə və hücumlara etiraz məqsədilə əks aksiyalar təşkil ediblər.

İspaniya hökuməti böhranın siyasi məqsədlərlə istismar edildiyini bildirərək etirazların təşkilində əsas müxalifətdə olan Xalq Partiyasını ittiham edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: