ABŞ ordusu PUA-lara qarşı lazer sistemi üzrə ilk müqaviləni imzalayıb

A- A A+

ABŞ ordusu pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün yüksək enerjili lazer silah sisteminin istehsalına dair ilk müqaviləni imzalayıb.

NUHÇIXAN xəbər verir ki, müvafiq saziş “AeroVironment” (AV) şirkəti ilə yüksək güclü davamlı döyüş lazerinin (E-HEL) istehsalı proqramı çərçivəsində bağlanıb.

ABŞ Ordusunun Baş Qərargah rəisinin müavini, general Kristofer La Neve bildirib ki, bu istiqamətləndirilmiş enerji proqramı hərbi bölmələrə pilotsuz sistemlərlə mübarizə aparmağa imkan verəcək.

Ordunun məlumatına görə, E-HEL sistemi PUA-ları raketlərlə müqayisədə daha aşağı xərclə məhv edə bilər. Elektrik enerjisi ilə işləyən sistem yüksək enerjili lazer şüası yaradır və bir atəşin maya dəyərinin aşağı olması ilə seçilir.

Sistemin stasionar bazalarda, yarıstasionar taktiki mövqelərdə və mobil döyüş maşınlarında yerləşdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: