ABŞ-də dizel yanacağının pərakəndə satış qiyməti son 4 ilin ən yüksək həddini keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatında deyilir.
Məlumata görə, ölkə üzrə dizelin orta satış qiyməti bir qallon üçün 5,783 dollara yüksəlib və apreldə qeydə alınan pik həddi keçib. Bu, həmçinin 2022-ci ilin iyun ayından bəri ən yüksək göstəricidir. Rusiya Ukrayna mühaibəsi fonunda yaranan enerji böhranı zamanı 2022-ci ilin iyun ayında ABŞ-də dizelin qiyməti 5,816 dollara çatmış, tarixi rekord qeydə alınmışdı.
Ekspertlər enerji qiymətləri artdıqca dizeldəki qiymət artımının mərkəzində qalmağa davam etdiyini bildiriblər. Qiymətlərin bazar ertəsi gününə qədər rekord həddə çatacağı gözlənilir.
Yaxın Şərqdəki münaqişə, eləcə də Rusiya-Ukrayna müharibəsi və qlobal inflyasiya səviyyəsinin yüksələcəyi ilə bağlı gözləntilər il ərzində yanacaq qiymətlərinin artmasına səbəb olub. Dizelin əsas təchizatçı olan Rusiya neft emalı zavodlarına hücumlardan sonra ixracı məhdudlaşdırıb. Nəticədə dizel yanacağının qiymətləri ikiqat artıb. Dizel 2026-cı il üçün Bloomberg Əmtəə İndeksində fyuçers müqavilələri üzrə ən yüksək göstəriciyə çatan məhsullar sırasında yer alıb.
ABŞ Prezidenti Donald Tramp ABŞ isə ölkədəki neft emalı zavodlarında dizel və benzin istehsalının artırılmasını tapşırıb. Ağ Ev rəsmisinin sözlərinə görə, Tramp amerikalılar üçün benzin qiymətlərinin düşməsini istədiyini açıq şəkildə bildirib və rəsmilərdən tutumun necə artırıla biləcəyini soruşub.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” dizel bazarındakı gərginliyi vurğulayan banklar arasındadır. Banka görə, Yaxın Şərqdə və Rusiyada neft emalı zavodlarına edilən hücumların onsuz da gərgin olan qlobal bazarı daha da gərginləşdirir.
