Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

A- A A+

Qazaxıstanda hökumətin yeni tərkibi formalaşdırılıb.

NUHÇIXAN ölkə Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dəyişikliklər dörd nazirliyə aid olub.

Muxtar Tleuberdi xarici işlər, Arman Kırıkbayev mədəniyyət və informasiya, Alibek Kuantırov ekologiya və təbii sərvətlər, Murat Muhanov isə fövqəladə hallar naziri təyin olunublar. Digər nazirliklərin rəhbərləri vəzifələrini qoruyublar.

Xatırladaq ki, avqustun 28-də Qazaxıstan hökuməti səlahiyyətlərini təhvil verib. Nazirlər Kabinetinin üzvləri yeni tərkib təsdiqlənənədək öz vəzifələrini icra etməyə davam ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: