Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

A- A A+

Yaxın vaxtlarda Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ, Rusiya ilə aparılan müharibənin başa çatdırılması ilə bağlı sülh səylərinə yeni təkan verəcəklər.

NUHÇIXAN xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa jurnalistlərlə söhbəti zamanı deyib. Nazirin sözlərinə görə, sülh səylərində və müharibənin başa çatdırılmasında diplomatiya getdikcə daha fəal rol oynamalıdır.

Sibiqa, həmçinin vurğulayıb ki, ABŞ tərəfinin iştirakı olmadan buna nail olmaq real deyil – geosiyasi reallıqlar belədir.

Xarici işlər naziri, həmçinin Prezident Volodimir Zelenskinin bu yaxınlarda ABŞ-nin danışıqlar qrupunun üzvləri ilə söhbət etdiyini təsdiqləyib: “ABŞ tərəfi ilə müntəzəm əlaqə saxlanılır – bu dialoq dayandırılmayıb. Ukraynada nə tətil olub, nə də fasilə – biz torpağımız və ədalətli sülh uğrunda mübarizə aparırıq. İndi isə hesab edirəm ki, dünyanın bir çox paytaxtında siyasi-diplomatik mərhələnin fəal şəkildə bərpa olunması ilə sülh səylərində yeni dinamika müşahidə edəcəyik. Buna görə də xəbərləri izləyin”, – deyə Sibiqa bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: