Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

A- A A+

Nigeriyanın cənubunda boru kəmərindən neft oğurluğu cəhdi zamanı zəhərli havadan 37 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, hadisə Port-Harkort yaxınlığındakı Okrika kəndində baş verib. Məlumata görə, cinayətkarlar nefti qanunsuz yolla çıxarıb satmaq üçün boru kəmərinə müdaxilə ediblər.

Nigeriyanın cənubunda neft oğurluğu və qanunsuz neft emalı geniş yayılıb. Hüquq-mühafizə orqanları bu fəaliyyətin qarşısını almaq üçün mütəmadi əməliyyatlar keçirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: