ABŞ Prezidenti Donald Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib.
NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında məlumat verib. Adam Telle daha əvvəl Ordunun Mülki İşlər üzrə köməkçi katibi vəzifəsində çalışıb.
Təyinat Daniel Driskollun Ordunun katibi vəzifəsindən istefasından sonra həyata keçirilib.
