Beynəlxalq Valyuta Fondu (BVF) Venesuelanın paytaxtı Karakasda nümayəndəliyini açmağı nəzərdən keçirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Venesuela iqtisadi statistikanı BVF ilə daha aktiv şəkildə paylaşmağa başlayıb. Bu səbəbdən fond ölkəyə texniki yardımı genişləndirməyi planlaşdırır.
Ofisin açılması məsələsi Venesuela rəsmiləri ilə müzakirə olunsa da, bununla bağlı hələ yekun qərar qəbul edilməyib.
