ABŞ ordusu hərbçilərin COVID-19 peyvəndindən sonra baş verən mümkün ölüm hallarını araşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, hərbi həkim və ABŞ Baş Cərrahının müşaviri Tereza Lonq 2021–2022-ci illərdə hərbçilər arasında peyvəndlə ölümlər arasındakı mümkün əlaqəni araşdırır.
Lonq məhkəmədə peyvənddən sonra baş verdiyi bildirilən 28 ölüm hadisəsindən xəbərdar olduğunu deyib. Araşdırma çərçivəsində ümumilikdə 2 544 təsdiqlənməmiş hərbçi ölümünün peyvəndlə əlaqəsinin olub-olmadığı müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, araşdırmanın bir il ərzində başa çatdırılması mümkündür.
