Trampı təhdid edən Los-Anceles sakini saxlanılıb

A- A A+

Los-Anceles sakini Benjamin Azariya Sautvort ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələmə, kiber təqib, həmçinin prezidentin şəxsi vəkili və onun ailəsini təqib etmə ittihamları ilə saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kaliforniyanın prokuror aparatı məlumat yayıb.

Qurumun məlumatına görə, Sautvort Trampa və onun tərəfdarlarına hədə-qorxu gəlmək və nifrət bildirmək üçün "YouTube", "Instagram" və "TikTok" hesablarından, həmçinin öz saytından istifadə edib.

İttihamlar federal böyük andlılar heyəti tərəfindən təsdiq edilmiş üç bənd üzrə irəli sürülüb.

Təqsirli bilinəcəyi təqdirdə, Sautvortu ümumilikdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: