Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

A- A A+

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Qrenlandiyaya 2026–2027-ci illər üçün 200 milyon avro maliyyə ayrıldığını açıqlayacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, vəsaitin kritik xammal, bərpaolunan enerji, sualtı kabellər, peyk rabitəsi və məlumat mərkəzlərinə yatırılması nəzərdə tutulur. Maliyyənin bir hissəsi Qrenlandiya hökumətinə idarəetmənin təkmilləşdirilməsi üçün veriləcək.

Fon der Leyenin sentyabrın 6–7-də Nuuk şəhərinə səfəri zamanı Aİ ilə Qrenlandiya arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dair birgə bəyannamənin imzalanması da gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: