Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb - FOTOLAR
Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb.
NUHÇIXAN xəbər verir ki, sentyabrın əvvəlində Çexiyanın qaz anbarlarında ehtiyatların həcmi təxminən 70 faizə çatıb. Bununla da ölkə Avropa İttifaqının bu dövr üçün müəyyən etdiyi aralıq hədəfləri yerinə yetirib.
Çexiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, anbarların doldurulması əvvəlki illərlə müqayisədə daha yavaş gedir. Buna baxmayaraq, qarşıdakı qış mövsümü üçün qaz ehtiyatlarının kifayət edəcəyi bildirilir.
Nazirlik sentyabrın 1-dək anbarların ən azı 60 faiz doldurulması tələbini yerinə yetirdiyini açıqlayıb. Həmçinin oktyabrın 1-dən dekabrın 1-dək ehtiyatların 80 faizə çatdırılması ilə bağlı əsas Avropa hədəfinin də reallaşacağı gözlənilir.
Analitiklər yavaş tempin qazın birjalarındakı bahalaşma ilə bağlı olduğunu bildirirlər.
Hazırda Çexiyadakı göstərici Avropa İttifaqı üzrə orta səviyyədən yüksəkdir.