Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük prosesini yenidən bloklayıb

A- A A+

Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlük prosesinin növbəti mərhələsini üçüncü dəfə bloklayıb.

NUHÇIXAN xəbər verir ki, Budapeşt Avropa İttifaqının Genişlənmə üzrə İşçi Qrupunun iclasında Ukraynanın ikinci və üçüncü danışıqlar klasterləri üzrə nəticələrin təsdiqlənməsinə razılıq verməyib.

Macarıstan Hökuməti mövqeyini Ukraynadakı macar milli azlığının hüquqları ilə əlaqələndirir. Bildirilir ki, Kiyev bu sahədə Budapeştin zəruri hesab etdiyi addımları atmayana qədər Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarında irəliləyişə dəstək verməyəcək.

Bloklanan ikinci klaster Aİ-nin daxili bazarı, üçüncü klaster isə rəqabət qabiliyyəti və inklüziv artımla bağlıdır. Ukraynanın Aİ-yə üzvlük danışıqları 2024-cü ildə başlayıb və ayrı-ayrı klasterlərin açılması üçün üzv dövlətlərin yekdil razılığı tələb olunur.

Bununla yanaşı, Macarıstanın yeni hökuməti Kiyevlə dialoqu davam etdirir. Baş nazir Peter Macyar daha əvvəl Transkarpatiyada yaşayan macarların təhsil, mədəniyyət, dil və siyasi hüquqlarının genişləndirilməsini tələb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: