Avropa İttifaqı və üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunu qorumaqla çoxtərəfli əməkdaşlığın yenilənməsi və gücləndirilməsinə dəstək ifadə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr Xidmətinin yaydığı bəyanatda bildirilib. Sənəddə beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinin qaydalara əsaslanan beynəlxalq nizamın əsasını təşkil etdiyi vurğulanıb. Aİ artan geosiyasi gərginliklər və beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar qanunvericiliyin ciddi şəkildə pozulmasından narahatlığını ifadə edib.
Aİ BMT-ni sülhün və təhlükəsizliyin qorunmasında, davamlı inkişafın təşviqində əvəzolunmaz qurum kimi qiymətləndirib. İttifaq BMT-nin islahatlarının davam etdirilməsinə, o cümlədən “BMT-80” təşəbbüsünə dəstəyini təsdiqləyib. İttifaq, həmçinin beynəlxalq hüququn pozulmasına görə məsuliyyətin təmin edilməsində beynəlxalq məhkəmələrin rolunu dəstəkləyib.
