Fatih Birol: Qlobal enerji sistemi elektrik dövrünə qədəm qoyub

A- A A+

Dünya enerji xəritəsi mühüm transformasiyaya uğrayıb. Qlobal enerji sistemi hazırda elektrik enerjisi dövrünə qədəm qoyub.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol deyib.

O, ucuz elektrik enerjisi istehsalının vacibliyini vurğulayıb: “Elektrik enerjisi hazırda ən sürətlə böyüyən enerji növüdür. Elektrik enerjisi yoxdursa, süni intellekt də yoxdur. Ortaölçülü məlumat mərkəzinin elektrik enerjisi istehlakı 100 min ev təsərrüfatı olan bir şəhərin elektrik istehlakına bərabərdir. Süni intellekt, məlumat mərkəzləri, elektrikli nəqliyyat vasitələri və kondisioner istifadəsinin artması elektrik enerjisinə tələbatı artırır. Elektrik enerjisini daha çox və aşağı qiymətə istehsal edən ölkələrin qlobal rəqabətdə üstünlük qazanacaq”.

Fatih Birol deyib ki, elektrik enerjisi istehlakı qlobal enerji istehlakından təxminən üç dəfə sürətlə artıb. Bu, süni intellekt və məlumat mərkəzləri, elektrikli nəqliyyat vasitələri və kondisioner istifadəsində tələbatın artması ilə əlaqədardır. Beş il əvvəl dünyada satılan hər 100 avtomobildən 5-i elektrikli nəqliyyat vasitəsi idi. Cari ildə bu göstərici 30 faizə çatıb, tezliklə satılan hər iki avtomobildən biri elektromobil olacaq.

“ABŞ-nin ən böyük beş texnologiya şirkəti təkcə məlumat mərkəzlərinə yatırdığı investisiyalar bu il 700 milyard dollara çatıb. Bu da neft və təbii qaz sektoruna qoyulan investisiyaları üstələyib. Süni intellekt elektrik enerjisinə tələbatı artırmaqla yanaşı, enerji sisteminə töhfə də verə bilər. Bərpaolunan enerji mənbələrinin və elektrik istehlakı nöqtələrinin artdığı sistemlərdə süni intellekt şəbəkələrin daha səmərəli idarə olunmasına kömək edə bilər”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: