ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar.
Bu barədə NUHÇIXAN "Al Arabiya"ya istinadən xəbər verir.
Məlumata görə, qəbul ediləcəyi təqdirdə bu qətnamə 2025-ci il iyunun 12-də - yəni İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə başlamasından bir gün əvvəl təsdiqlənmiş sənədin davamı olacaq.
2025-ci ilin iyun ayında qəbul edilmiş qətnamədə İranın bəyan edilməmiş obyektlərdə uran izlərinin aşkar edilməsi ilə bağlı AEBA ilə kifayət qədər əməkdaşlıq etmədiyi üçün götürdüyü öhdəlikləri pozduğu müəyyən edilib.
