Çinin cənub-şərqindəki Tszyansi əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər isə itkin düşüb.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, "Saudel" qasırğasının gətirdiyi güclü yağışlar səbəbindən Qaopin şəhərində torpaq sürüşməsi baş verib. Nəticədə 12 evə ziyan dəyib.
CCTV dövlət teleradio şirkətindən isə qeyd olunub ki, 10-dan çox insanın dağıntılar altında qaldığı ehtimal edilir.
