ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına ümumi dəyəri təxminən 5,75 milyard dollar olan hərbi texnikanın mümkün satışını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.
Razılaşma çərçivəsində Ər-Riyada 10 minə yaxın JDAM dəqiq idarə olunan sursat, 5 min BLU-111 və 5 min BLU-117 hava bombası, həmçinin 60 ədəd AGT-1500 tank mühərrikinin satılması nəzərdə tutulur.
Məlumata görə, bombalar və digər sistemlərin dəyəri 5 milyard, tank mühərriklərinin isə 750 milyon dollar qiymətləndirilir.
ABŞ administrasiyası artıq Konqresi məlumatlandırıb. Qanunverici orqanın razılaşmanı nəzərdən keçirmək üçün 30 gün vaxtı var.
