ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

A- A A+

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın gələcəkdə qlobal bazarlar üçün əvvəlki əhəmiyyətini itirə biləcəyini bildirib.

NUHÇIXAN xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Hörmüz boğazına alternativ marşrutların yaradıldığını deyib.

Onun sözlərinə görə, Yaxın Şərqdə yeni neft kəmərləri tikilir, həmçinin Suriya ərazisindən avtomobil nəqliyyatı ilə neft daşınması genişlənir.

Tramp vurğulayıb ki, Hörmüz boğazından enerji daşıyıcılarının nəqlindən asılılığı azaltmaq üçün regionda müxtəlif alternativlər hazırlanır.

Qeyd edək ki, dünya neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz tədarükünün isə 20 faizə yaxını Hörmüz boğazından həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: