Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

A- A A+

Avropa İttifaqı (Aİ) mənzil çatışmazlığı və kirayə qiymətlərinin artması fonunda “Airbnb” kimi qısamüddətli kirayə platformalarının fəaliyyətinə daha sərt qaydalar tətbiq etməyə hazırlaşır.

NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin əldə etdiyi qanun layihəsinə əsasən, yeni tənzimləmələr qısamüddətli kirayələrə məhdudiyyətlərin hansı hallarda əsaslandırılmış hesab ediləcəyini müəyyənləşdirəcək. Bu zaman mənzil qiymətlərinin əhalinin gəlirlərinə nisbəti, əhali artımı, habelə yerli mənzil bazarında tələb və təklif nəzərə alınacaq.

Avropa Komissiyası qısamüddətli kirayələr üçün müəyyən edilmiş yuxarı hədlərin tətbiqini və mövcud obyektlərə xüsusi təminat mexanizmlərinin yaradılmasını mümkün tədbirlər sırasında göstərir. Məqsəd Avropada qaydaları vahidləşdirmək və tam qadağaların qarşısını almaqdır.

Paris, Barselona və Venesiya kimi şəhərlər artıq bu sahədə məhdudiyyətlər tətbiq edib. “Airbnb”nin də təmsil olunduğu CCIA isə qaydaların regionların turizmdən əldə etdiyi gəlirlərə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: