Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

A- A A+

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində avqustun 30-da Girnə limanı yaxınlığında baş vermiş gəmi qəzasının 15 qurbanının meyitlərinin axtarışı davam edir.

NUHÇIXAN xəbər verir ki, ŞKTC-nin Baş naziri Ünal Üstel sentyabrın 5-də səhər saatlarında batmış gəminin 13-cü sərnişininin meyitinin aşkar edildiyini bildirib.

“13 nəfərin həlak olduğunu rəsmi şəkildə təsdiqləyirik, daha 15 nəfər isə itkin düşmüş hesab olunur”, – deyə o bildirib.

Onun sözlərinə görə, əməliyyat artıq yeddinci gündür Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərinin iştirakı ilə davam edir.

“Filo Jet” gəmisinin qalıqları 550 metrdən çox dərinlikdə yerləşir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: