Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, aktyordan cümə axşamından etibarən xəbər almaq mümkün olmayıb. Daha sonra o, evində hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə polis və tibbi yardım briqadaları cəlb olunub. Tibbi müayinə zamanı aktyorun öldüyü müəyyən edilib.
Qeyd edək ki, Serhat Mustafa Kılıç limfa xərçəngindən əziyyət çəkirdi.
Faktla bağlı araşdırma aparılır.
