KDR-də toy mərasimində yanğın olub, 22 nəfər ölüb

A- A A+

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasa şəhərində toy mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər həlak olub.

NUHÇIXAN "Actualité"yə istinadən xəbər verir ki, alov şadlıq sarayının zalında çox sayda insanın toplaşdığı vaxt ətrafı bürüyüb.

Yerli hakimiyyət nümayəndəsi Norbert Muşiqi bildirib ki, həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilməlidir. Həmçinin çox sayda insanın xəsarət aldığı da bildirilir.

İlkin məlumata görə, zalın yalnız bir çıxışı olub, bu səbəbdən də yanğın başladıqdan sonra izdiham yaranıb. Yanğının səbəbləri müəyyənləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: