Solomon adalarında 5,8 bal gücündə zəlzələ olub

A- A A+

Solomon dənizindəki Solomon adalarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Moskva vaxtı ilə saat 07:05-də qeydə alınan zəlzələnin episentri Solomon Adalarının paytaxtı Honiara şəhərindən 332 km cənub-şərqdə yerləşib.

Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu, ocağının isə 38,5 kilometr dərinlikdə yerləşdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: