"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb

A- A A+

Almaniyanın "Isar Aerospace" şirkəti Norveçin Andöya kosmodromundan Spectrum daşıyıcı raketini uğurla buraxıb. Bununla da özəl şirkət tərəfindən hazırlanmış raket ilk dəfə kontinental Avropadan orbitə çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Isar Aerospace "X" sosial şəbəkəsində məlumat verib.

"DPA"nın məlumatına görə, raket yerli vaxtla saat 22:12-də Andöya kosmodromundan buraxılıb. Təxminən 10 dəqiqə sonra Spectrum maksimal rabitə məsafəsini keçdikdən sonra Yerlə videorabitə kəsilib.

Bu, Spectrum raketinin ikinci sınaq buraxılışı olub. 2025-ci ilin martında bu tip ilk raket buraxılışdan qısa müddət sonra dənizə düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: