İsrailin Livanın cənubuna zərbələri nəticəsində dörd nəfər ölüb

A- A A+

İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə aviazərbələri nəticəsində dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, zərbələr İsrail Müdafiə Qüvvələri (İMQ) tərəfindən ölkənin cənubundakı Nəbatiyə rayonu, Ərəb-Səlim və Ruman kəndlərinə endirilib. İsrailin hücumları nəticəsində həmçinin Nəbatiyə əl-Faukadakı Qandur xəstəxanası da dağıdılıb.

İMQ-dən bildirilib ki, aviazərbələr "Hizbullah"ın Livanın cənubunda ehtimal edilən dron hücumuna cavabdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: