FT: ABŞ Hörmüzdəki minaları dörd ay ərzində gecələr təmizləyib

A- A A+

ABŞ dörd ay ərzində gecələr Hörmüz boğazını minalardan təmizləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, son aylarda ABŞ-nin Hörmüz boğazında İranla qarşılıqlı zərbə mübadiləsi aparmasına baxmayaraq, onlar həm də gizli əməliyyat həyata keçiriblər.

"Əsasən, gecələr dörd aylıq minatəmizləmə missiyasını həyata keçirmək üçün təhlükəli boğaza ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dalğıcları, robotlaşdırılmış katerlər və ixtisaslaşdırılmış sualtı aparatlar göndərilirdi", - məlumatda bildirilib.

Dəqiqləşdirilib ki, dalğıclar minaları yedəyə alınan hidroakustik anten şəbəkələri ilə təchiz edilmiş robotlaşdırılmış katerlər və sualtı aparatların köməyi ilə tapıblar.

FT vurğulayıb ki, ABŞ hərbçiləri arasında məhz minalardan təmizləmə ilə bağlı itkilər qeydə alınmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: