Qalibaf: Bundan sonra İrana qarşı hər hansı təcavüzə daha sürətli və ağır cavab veriləcək

A- A A+

Bundan sonra İrana qarşı hər hansı təcavüzə daha sürətli və ağır cavab veriləcək.

NUHÇIXAN IRIB-yə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

"Mütənasib cavablar dövrü başa çatıb. ABŞ-ni hərbi və diplomatiya meydanında məğlub etdiyimiz kimi, iqtisadi müharibədə də məğlub edəcəyik", - o bildirib.

Qalibaf qeyd edib ki, ABŞ bazalarına endirilən zərbələr sadəcə başlanğıcdır:

"Əgər bu günə qədər anlamayıblarsa, gec olmadan başa düşməlidirlər ki, oyunun qaydaları dəyişib və bundan sonra İranın maraqlarına və təhlükəsizliyinə qarşı hər hansı bir təcavüz daha sürətli, daha ağır və daha ağrılı cavab alacaq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: