ABŞ tariflərinə görə "Jaguar Land Rover"də ixtisarlar planlaşdırılır

A- A A+

"Tata Group" korporasiyasının tərkibinə daxil olan Britaniyanın "Jaguar Land Rover" avtomobilqayırma şirkəti 4 min iş yerini ixtisar etməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti yazıb.

Qeyd olunub ki, proses iki il çəkəcək. Bu addım ABŞ-nin tətbiq etdiyi rüsumlar və avtomobil satışlarının azalması ilə bağlıdır.

Nəşrin məlumatına görə, işçilərin ixtisar planı hökumətlə danışıqların aparılmasını tələb edən həmkarlar ittifaqlarında narahatlıq doğurur.

Xatırladaq ki, Vaşinqton 2025-ci ilin aprelində idxal olunan bütün avtomobillərə 25% həcmində gömrük rüsumları tətbiq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: