ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İranın dəniz blokadasını davam etdirir.
NUHÇIXAN xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsində paylaşılan bəyanatında deyilir.
"ABŞ Hərbi Hava Qüvvələrinin "F-35A" qırıcısı regional sularda patrul xidməti həyata keçirir, eyni zamanda, ABŞ hərbçiləri İranın blokadasını davam etdirir. Sentyabrın 6-na olan məlumata görə, CENTCOM blokadaya ciddi riayət olunmasını təmin etmək üçün 92 kommersiya gəmisini başqa istiqamətə yönləndirib, üçünü sıradan çıxarıb və iki gəmiyə baxış keçirib", - paylaşımda bildirilib.
