İran və Oman Hörmüz boğazından keçid üçün razılaşdırılmış marşrutları elan edəcəklər

A- A A+

İran və Oman yaxın günlərdə Hörmüz boğazından keçən razılaşdırılmış gəmiçilik marşrutlarını elan edəcəklər.

NUHÇIXAN xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, İran və Oman arasında yeni beynəlxalq keçid dəhlizi ilə bağlı razılıq əldə olunub. M.Rzayi, həmçinin Hörmüz boğazının kənarında yeni məhdud giriş zonasının yaradılacağını bildirib. İranın razılığı olmadan həmin əraziyə daxil olan gəmilərin sanksiyaya məruz qala biləcəyi qeyd olunub.

Rzayi bildirib ki, Hörmüz boğazı hazırda İran Silahlı Qüvvələrinin nəzarətindədir. O vurğulayıb ki, ABŞ təhdid və təcavüz siyasətinə son qoymayana qədər Tehran boğazın açılması ilə bağlı öhdəlik götürməyəcək.

İran rəsmisi ölkədə əsas məhsulların çatışmazlığı ilə bağlı məlumatları da təkzib edib və neft satışının davam etdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: