İspaniyalı pilot yarış zamanı qəzaya uğrayaraq ölüb

A- A A+

İspaniyalı pilot Pablo Amoros “GTI Trophy” yarışında baş verən qəza nəticəsində həyatını itirib.

NUHÇIXAN xəbər verir ki, hadisə Uelva şəhərindəki “Monteblanko” avtodromunda qeydə alınıb.

Bu barədə Kral İspaniya Avtomobil İdmanı Federasiyası (RFEDA) məlumat yayıb. Qəzanın təfərrüatları açıqlanmayıb.

Federasiya Pablo Amorosun vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: