İndoneziyada marketdə baş verən yanğın nəticəsində 11 nəfər həlak olub

A- A A+

İndoneziyanın Mərkəzi Papua əyalətindəki marketdə baş verən yanğın nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər həyatını itirib.

NUHÇIXAN İndoneziya mediasına istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Məlumata görə, yanğın gecə yarısından bir qədər sonra başlayıb. Alov qısa müddətdə ətrafdakı dükanlara yayılaraq, ümumilikdə 40-a yaxın binanı tamamilə məhv edib. Tikililərin sıx yerləşməsi və alovun miqyası səbəbindən yanğının söndürülməsi xeyli vaxt aparıb və yanğın yalnız səhər saat 03:30 radələrində nəzarət altına alınıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, polis şahidlərin ifadələrini toplayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: