Avstraliyada təyyarə qəzasında 2 nəfər ölüb

A- A A+

Avstraliyanın şərqindəki Brisben şəhərinin yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

NUHÇIXAN Avstraliya mediasına istinadla xəbər verir ki, yerli vaxtla saat 11:00 radələrində Brisben şəhərinin mərkəzindən təxminən 30 kilometr cənubda “Beechcraft A36 Bonanza” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar təcili yardım xidmətləri çağırılıb. Təyyarənin qəzadan təxminən 10 dəqiqə əvvəl yaxınlıqdakı hava limanından qalxdığını bildirilir.

Səlahiyyətli qurumlar qəzada 2 nəfərin öldüyünü açıqlayıb. Təyyarə qəzasından sonra otlaq sahədə yanğın olub.

Polis hadisəni araşdırmaq üçün şahidlərdən müstəntiqlərlə əlaqə saxlamalarını xahiş edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: