Kondisionerlərin istifadəsi şəhərlərin istiləşməsini daha da gücləndirir

A- A A+

Budapeşt bələdiyyə sədri Qerqey Karaçon bildirib ki, isti yay aylarında paytaxtın məhəllələri arasında temperatur fərqi 7 dərəcəyə çatır.

NUHÇIXAN xəbər verir ki, peyk məlumatlarına əsasən, 2013–2025-ci illər ərzində aparılan araşdırmalar yaşıllığı çox olan 2-ci və 12-ci rayonların ən sərin, sıx tikili olan 6-cı və 7-ci rayonların isə ən isti ərazilər olduğunu göstərib. Bələdiyyə sədri qeyd edib ki, Dunay çayı yaxınlığındakı əraziləri təxminən 6,6 dərəcə soyutduğu halda, Budapeşt Hava Limanı ətrafında temperatur əksinə, 5 dərəcə daha yüksəkdir. Karaçon vurğulayıb ki, kondisionerlərin geniş istifadəsi qısamüddətli rahatlıq versə də, uzunmüddətli perspektivdə şəhərin istiləşməsini daha da gücləndirir, çünki bu qurğuların buraxdığı istilik gecə temperaturunu artırır. Onun sözlərinə görə, 2022-ci ildə Macarıstanda evlərin 27 faizində kondisioner olub, hazırda isə bu rəqəm daha yüksəkdir. O həmçinin bildirib ki, iyun ayının sonunda baş vermiş isti hava dalğası zamanı elektrik enerjisinə tələbat əvvəlki günlərlə müqayisədə 23 faiz artıb. Bələdiyyə sədri şəhərin yaşıllaşdırılmasını, kölgəlik yerlərin artırılmasını və binaların istilik izolyasiyasını prioritet kimi qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: