Aİ-nin Braziliyadan ətin idxalını dayandırması narazılığa səbəb olub

A- A A+

Braziliya Avropa İttifaqının (Aİ) bu ölkədən quş və mal ətinin idxalını dayandırmasından sonra dərin narahatlıq ifadə edib. Qeyd olunan hal Aİ-nin Braziliyanın heyvandarlıqda antibiotiklərdən istifadəyə dair Avropa sanitariya qaydalarına tam əməl etməməsi qənaəti ilə əlaqədardır.

NUHÇIXAN xəbər verir ki, Braziliyanın Xarici İşlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə açıqlamasında davam edən texniki dialoqun sürətli, obyektiv, şəffaf və elmi meyarlara əsaslanan həllə gətirib çıxaracağına ümid edildiyi bildirilib.

Qeyd edək ki, Braziliya bu ilin may ayında heyvandarlıqda antibiotiklərdən intensiv istifadəyə dair Aİ qaydalarına riayət edən ölkələrin siyahısından çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: