Türkiyənin Düzcə vilayətində yük maşını kənd təsərrüfatı işçilərini aparan nəqliyyat vasitəsi ilə toqquşub.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və jandarm əməkdaşı cəlb olunub.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
