İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib

A- A A+

İran ABŞ-nin tətbiq etdiyi iqtisadi sanksiyalara cavab olaraq Hörmüz boğazını tam blokadaya ala biləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

O, sosial şəbəkədəki paylaşımında ABŞ-nin İrana qarşı iqtisadi təzyiqinin Körfəzdən başlayaraq dəniz təcrid zonasının yaradılması ilə cavablandırıla biləcəyini qeyd edib. Rzayi, həmçinin ABŞ-nin regiondakı hərbi gəmiləri və bazalarına qarşı əməliyyat strategiyasının yenidən nəzərdən keçirildiyini bildirib.

İran Xarici İşlər Nazirliyi də Tehranın ABŞ-nin dəniz blokadası və sanksiyalarına cavab olaraq öz maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnun olduğunu açıqlayıb.

Qeyd edək ki, avqust ayında Vaşinqton İranın maliyyə təcridini gücləndirmək məqsədilə yeni sanksiya tədbirlərinə başlayıb. Sentyabrın əvvəlində isə ABŞ maliyyə naziri Skott Bessent Avropa İttifaqının İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: