Pentaqon İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır

A- A A+

ABŞ hərbi komandanlığı İran yaxınlığında 230-dan çox qırıcı və hücum təyyarəsindən ibarət taktiki aviasiya qüvvəsi saxlayır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatlarına istinadla “Itamilradar” portalı məlumat yayıb.

Bildirilib ki, son iki həftədə Yaxın Şərqdə bəzi qırıcı eskadrilyaları rotasiya edilsə də, regiondakı ABŞ döyüş təyyarələrinin ümumi sayı azalmayıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərqdəki bazalarında 208 qırıcı və 30 A-10 hücum təyyarəsi yerləşdirilib. Təyyarələrin əsas hissəsi İordaniya, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindədir.

Bundan əlavə, regionda fəaliyyət göstərən iki təyyarədaşıyan gəmi və iri amfibiya gəmisində 110-dan çox qırıcı təyyarənin olduğu bildirilir.

“The Wall Street Journal”ın məlumatına görə, Pentaqon ABŞ qoşunlarının Yaxın Şərqdə yerləşdirilməsini 2027-ci ilə qədər uzadıb. Bölgədə təxminən 50 min ABŞ hərbçisi, 19 hərbi gəmi, hava hücumundan müdafiə bölmələri və çoxsaylı aviasiya qüvvələrinin saxlanıldığı qeyd olunur.

Mənbələr bunun İranla mümkün hərbi qarşıdurmanın gələn ilədək davam edə biləcəyi ehtimalı ilə əlaqəli olduğunu bildirirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: