ABŞ hərbi qüvvələri Şərqi Sakit okeanda Ekvadorun “Los Choneros” narkotik kartelinin istifadə etdiyi gəmini ələ keçirərək batırıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat məlumatları gəminin narkotik karteli tərəfindən istifadə edildiyini təsdiqləyib. ABŞ hərbçiləri əvvəlcə gəmidəki şəxsləri çıxarıb, daha sonra gəmini batırıblar.
Komandanlığın məlumatına görə, gəmidə olan şəxslərin Ekvador hakimiyyət orqanlarına təhvil veriləcəyi bildirilib.
ABŞ tərəfi qeyd edib ki, batırılan gəmi narkotik karteli tərəfindən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.
